AZ

Azərbaycan fermerlərinə yönəldilən subsidiyalar məhsul istehsalına yetərli təsir göstərmir – 2020-2024

Finss.az - 2020-2024-cü illər ərzində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən 2,2 milyard manatdan artıq vəsait ayrılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, aparılan monitorinq və təhlillər nəticəsində bəzi bitki növləri üzrə istifadə olunan subsidiyalar ilə məhsul istehsal həcmi arasında uyğunsuzluqlar müəyyən edilib. Aqrar Subsidiya Şurasının qərarları ilə subsidiyaların dövri artırılmasına baxmayaraq, bəzi bitkilərdə məhsul istehsalında azalmalar müşahidə olunub.

Bu nəticələr göstərir ki, dövlət subsidiyalarının daha səmərəli istifadəsi və kənd təsərrüfatı strategiyasının təkmilləşdirilməsi vacibdir.

 

 

Seçilən
130
4
fins.az

10Mənbələr